UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyinat olub.
Milli.Az modern.az-a istinadla xəbər verir ki, bu vəzifənin icrası UNEC-in Keyfiyyət Təminatı şöbəsinin müdiri Hüseyn Həsənova həvalə edilib.
Hüseyn Həsənov 1989-cu ildə Bakıda anadan olub.
2017-2019-cu illərdə Azərbaycan Turizm və Menecment Universitetində dekan müavini və tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.
2018-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin Təhsil və təlim sektorunun müdiri vəzifəsini icra edib.
O, 2021-ci ilin sentyabr ayında UNEC-də "Beynəlxalq iqtisadiyyat (ingilisdilli)" kafedrasının müəllimi, 2022-ci ilin fevral ayından isə Keyfiyyət Təminatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
18 oktyabr 2024-cü ildən Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsini icra edir.
Qeyd edək ki, dünən UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdiri, professor Rövnəq Rzayev UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru təyin olunub.
Milli.Az