AZ

Gömrükçülər aksiz markasız siqaretlər aşkarlayıb - FOTO

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markasız siqaretlər aşkar edilib.

Avtosfer.az Komitəyə istinadən xəbər verir ki, qanunvericiliyə uyğun olaraq Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə və fərdi yaşayış evinə baxış keçirilib.

Baxış zamanı Azərbaycanın aksiz markası olmayan 410 min 740 ədəd siqaret aşkar edilib.

Seçilən
5
11
avtosfer.az

10Mənbələr