AZ

Bakıda yağış sularının dolduğu tuneldə iki nəfər ölüb

Bakıda yağış suyu ilə dolan avtomobil tunellərinin birində iki nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, Sabunçu rayonu ərazisindəki tuneldə suyun altında qalan şəxslərin cəsədi çıxarılıb.

Bakıda və Abşeron yarımadasına yağan yağış nəticəsində şəhərdə bəzi yaşayış evləri, avtomobil tunelləri, yol qovşaqları suyun altında qalıb.

Rəsmi məlumata görə, paytaxta düşən yağıntının miqdarı normadan 3 dəfə çoxdur.

Yağışın yolları bağlaması və yaranan tıxaclarla bağlı videolar sosial şəbəkələrdə yayılmaqdadır.

İnsanlar Bakının belə vəziyyətə düşməsinə və insan ölümünə görə, hökuməti uzun illərdir yollarda normal kanalizasiya sistemi qura bilməməkdə günahlandırıblar.

"Ola bilsin, tikinti vaxtı bəzi nöqsanlara yol veriblər. bu gün birmənalı qiymət vermək hələlik tezdir. Bakı sürətlə inkişaf edir. Böyük binalar tikilir. Buna görə də, kanalizasiya sistemi də inkişaf etdirilməlidir", Bakı şəhər icra hakimi Eldar Əzizov yerli mediaya bildirib.

Daxili İşlər Nazirliyi yaranmış problemə görə bəzi yollarda məhdudiyyət tətbiq edib. Sosial şəbəkələrdə insanlar yollarda qaldıqlarını, ictimai nəqliyyat vasitələrinin gecikdiyini və evlərinə gedə bilmədiklərini deyirlər.

VIDEO açılmırsa, YOUTUBE kanalımızda izləyin.

Seçilən
21
50
bbc.com

10Mənbələr