AZ

"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO

Əməkdar artist Aybəniz Haşımova səhhətindən söz açıb.

Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi "Qonaqcanlı" verilişində danışıb.

Haşımova bildirib ki, iki il əvvəl onun səhhətində çox ciddi problemi yaranıb:

"Mən bu haqda heç kimə heçnə demədim. Bildirmək olmazdı... Səhhətimdə çox ciddi problem yaranmışdı. Həkimlərimiz çox sağolsun. Sağolsunlar ki, onlar məni sevib və qorudular. Tamaşaçılar xəstəliyimi bilsəydilər çox üzülərdilər. Ona görə də bilməsələr yaxşı idi. İndi yaxşıyam. Daha da yaxşı olacağam. Buna inanıram. Onun üçün də çalışıram ki, stressdən uzaq olum.  Aynişan deyir ki, özün bunu deyirsən amma iki gündən bir konsert edirsən".

Milli.Az

Seçilən
32
9
milli.az

10Mənbələr