AZ

Türkiyə və Qırğızıstan XİN başçıları TDT Zirvəsinə hazırlığı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə telefonla danışıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, tərəflər Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına və Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısına hazırlığı müzakirə ediblər.

Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

"Cebheinfo.az"

Seçilən
6
9
cebheinfo.az

10Mənbələr