AZ

Keçmiş müşavir TUTULDU

SOCAR Petroleum QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə böyük iqtisadçı vəzifəsində işləyən İlqar Əkbərli həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə təqsirli bilinib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İlqar Əkbərli 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, İ.Əkbərli əvvəl xuliqanlıq cinayətinə görə məhkum edilib. Səbail Rayon Məhkəməsi ona 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Milli.Az

Seçilən
6
20
milli.az

10Mənbələr