Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 22-si saat 18:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.
Xidmətin rəsmisi Gülnarə Abbasova "Cebheinfo.az"-a bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib.
Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.
"Cebheinfo.az"