AZ

Ölkə ərazisində davam edən yağıntılarda fasilə yarandı - Faktiki hava

Oktyabrın 22-si saat 18:00-a olan faktiki hava açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 22-si saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.

Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, Bakıda və Abşeron yarımadasında və eləcə də, Naxçıvan MR-da, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib.

Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.


Müəllif: Teleqraf.com
Seçilən
2
6
teleqraf.com

10Mənbələr