AZ

Sahib Alıyev: “Mina əleyhinə dövlət siyasətinin təhlükəsiz və səmərəli təşkilinin hüquqi bazası yaradılır”

Yazını böyüt
Yazını kiçilt

“Qətiyyətlə Avropadan naftalin iyi gələn rəzil yanaşmasını pisləyirəm. Azərbaycan Konstitusiyasına, üzərimizə götürdüyümüz beynəlxalq öhdəliklər və digər normativ aktlara söykənən bu qanun layihəsinin isə lehinə səs verəcəyəm”.

Hafta.az xəbər verir ki, bunu deputat Sahib Alıyev milli Məclisin bugünkü iclasında . “Minatəmizləmə haqqında” qanununun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat Prezident İlham Əliyevin 2023-cü il martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü irəli sürməsini, 2021-ci ilin sentyabrında isə minatəmizləmə əməliyyatı haqqında fərmanını xatırladıb. Eyni zamanda qeyd edib ki, qanunla artıq Minadantəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzinin standartları əsasında mina əleyhinə dövlət siyasətinin təhlükəsiz və səmərəli təşkilinin hüquqi bazası yaradılır.

“Xorvatiyadan sonra Azərbaycan ikinci dövlətdir ki, Avrasiyada belə bir qanunvericilik aktı ortaya qoyur. Bu, gələcəkdə digər ölkələr üçün model rolunda çıxış edə bilər. Biz istəməzdik ki, “böyük bacı”sı Fransanın Əlcəzairdəki lənətlənməli təcrübəsindən çıxış edərək Azərbaycan torpaqlarında narkotik plantasiyası və mina cəngəllikləri salan Ermənistanın və hər hansı dövlətin buna ehtiyacı olsun. Bunun üçün başda BMT olmaqla beynlxlaq qurumlar, böyük dövlətlər mina terroruna qarşı qətiyyətlə “yox” deməli, onu tətbiq edənlərə qarşı prinsipial mövqe ortaya qoymalıdırlar. Ancaq çox təəssüf ki, hələlik biz belə bir yanaşma görmürük”.

S.Alıyev eyni zamanda Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul ediləcək qətnaməyə diqqət çəkərək, qeyd edib ki, əgər doğrudan da beynəlxlaq dəyərlərin universallığı prinsipinə dayanaraq bizim regionla bağlı öz yanaşmalarını sərgiləyirlərsə onda nədən Ermənistanın Azərbaycana qarşı tətbiq etdiyi mina terrorounu pisləmir, digərləri üçün örnək olsun deyə sanksiyaya əl atmırlar.

“Onlar gözəl bilirlər ki, 1991-ci ildən 2024-cü ilədək Azərbaycanda mina qurbanlarının sayı 3500-ə çatıb. İkinci Qarabağ savaşından sonra isə 380 nəfər mina partlamsı nəticəsində həlak olub ki, burada mülki şəxslər üstünlük təşkil edir. Qarabağın dünyanın mina və partlamamış hərbi sursatla ən çox çirklənmiş ərazilərindən biri olduğunu bilə-bilə Ermənistanı revanşizmə həvəsləndirmək üçün ona Aropa “Sülh Fondu”ndan 10 milyon avro ayrılır, bizə isə minatəmislənməsinə dəstək məqəsədilə quruma üzv dövlətlər cəmisi 1 milyon 935 min avro veriblər və 2, milyon 750 min avro da verəcəklərini vəd edirlər.

Birləşmiş Ştatlara gəldikdə, yenə də Ermənistanda revanşizm əhval-ruhiyyəsini qaldırmaq məqsədlə təkcə USAİD-in xətti ilə ora 250 milyon verməyi planlaşdırdığı halda, torpaqlarımızın minadan təmizlənməsi üçün bizə ayırdığı vəsait heç 40 milyon dollara da çatmır. Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamə hazrlayanlar da 1878-ci ildə Berlin Konqresində hay məsələsini hansı niyyətlə qaldırılmışdısa, indi də eyni siyasəti yürütməkdə davam edirlər.

Seçilən
23
hafta.az

1Mənbələr