AZ

PSJ-nin XXI əsrdə ən yaxşı 10 futbolçusu - Messiyə yer tapılmadı

Nüfuzlu “Goal” dərigisi Fransa nəhəngi PSJ-nin XXI əsrdə ən yaxşı 10 futbolçusundan ibarət siyahısını açıqlayıb.

Arena.az məlumat verir ki, siyahının zirvəsində parislilərin keçmiş futbolçusu, hazırda “Real”da çıxış edən fransalı ulduz hücumçu Kilian Mbappe yer alıb.

İkinci pillədə futbolçu karyerasına artıq xitam vermiş isveçli hücumçu Zlatan İbrahimoviç qərarlaşıb.

İlk üçlüyü isə Braziliya millisini hazırda “Əl-Hilal”da çıxış edən ulduz hücumçusu Neymar qapayır.

Maraqlıdır ki, hazırda “İntem Mayami”də çıxış edən, 2021-2023-cü illərdə Paris klubunun şərəfini qorumuş argentinalı ulduz hücumçu Lionel Messiyə ilk onluqda yer tapılmayıb. “Leo” müvafiq siyahıda 23-cü pillədə yerləşdirilib.

“Goal” dərgisinin seçimi əsasında PSJ-nin XXI əsrdə ən yaxşı futbolçularının onluğunu təqdim edirik:

  1. Kilian Mbappe (Fransa);
  2. Zlatan İbrahimoviç (İsveç);
  3. Neymar (Braziliya);
  4. Edinson Kavani (Uruqvay);
  5. Tyaqo Silva (Braziliya);
  6. Markinyos (Braziliya);
  7. Pedro Pauleta (Portuqaliya);
  8. Marko Verratti (İtaliya);
  9. Anxel Di Mariya (Argentina);
  10. Blez Matuidi (Fransa);
Seçilən
20
arena.az

1Mənbələr