AZ

“Ayaks” bu gün Bakıya gəlir - 24 futbolçu ilə

Futbol üzrə Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan Niderland nəhəngi “Ayaks” Bakıya bu gün gələcək.

Arena.az xəbər verir ki, avrokubok iştirakçıları səfər matçlarına adətən bir gün əvvəl yollansa da, Amsterdam klubu fərqli addım atıb.

Bunu komandanın baş məşqçisi Françesko Farioli istəyib. İtaliyalı mütəxəssis iki səbəbi əsas gətirərək Azərbaycana görüşdən iki gün əvvəl gəlməyi məqsədəuyğun sayıb. “Ayaks”ın baş məşqçisi ümumilikdə 7 saatlıq səfəri və Amsterdamla Bakı vaxtı arasındakı fərqi nəzərə alıb. Belə ki, hazırda iki şəhər arasında 2 saatlıq fərq var və futbolçular da buna uyğunlaşmalıdır.

Amsterdam təmsilçisinin Azərbaycana hansı heyətlə gələcəyi də məlumdur. Niderland klubu səfərə 24 futbolçu ilə çıxacaq.

Turnir üçün iştirak ərizəsində A və B vərəqlərində ümumilikdə 49 futbolçu sifariş edən baş məşqçi Françesko Farioli onların yarıdan çoxunu Amsterdamda saxlayıb. Bakıya gələn heyətdə bu oyunçular yer alıblar:

Cey Qorter, Remko Pasvir, Diant Ramay, Devin Renş, Anton Qaei, Jorrel Hato, Ouen Viyndal, Ahmetcan Kaplan, Daniele Ruqani, Dies Yanse, Yosip Şutalo, Cordan Henderson, Kennet Teylor, Branko van den Bumen, Kian Fitz-Jim, Bencamin Tahiroviç, Brayan Brobbi, Çuba Akpom, Mika Qodts, Bertran Traore, Vaut Veqhorst, Kristian Rasmussen, Yorti Mokio, Ceydon Banel.

Qeyd edək ki, “Qarabağ” və “Ayaks” arasındakı oyun oktyabrın 24-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya saat 20:45-də start veriləcək.

Seçilən
6
1
arena.az

4Mənbələr