AZ

Tuneldəki ölümlə bağlı araşdırma başladı

Tuneldəki ölümlə bağlı araşdırma başladı

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq paytaxtda tuneldə vətəndaşın boğularaq ölməsi hadisəsi ilə bağlı birgə məlumat yayıb.Məlumatda Sabunçu keçidində yağış suları ilə dolu tuneldə 1 nəfərin cəsədinin aşkar edildiyi bildirilib."Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”, - birgə məlumatda açıqlanıb.Qeyd edilib ki, FHN-nin qüvvələri su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini davam etdirir.Dövlət qurumları media nümayəndələrini və sosial media istifadəçilərini dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırıb: "Yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik”.

Seçilən
16
28
afn.az

10Mənbələr