AZ

Bakıdakı "Böyük Dəbilqə"nin vaxtı məlum oldu

Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri növbəti Olimpiya tsikli üçün dünya cüdo təqvimində yer alacaq.

Sportnet.az xəbər verir ki, paytaxtda relllaşacaq reytinq yarışı yenidən Dünya Turunun ayrılmaz hissəsinə çevriləcək.

Gələn il turnir yenə qışın son ayında - fevralın 14-16-da baş tutacaq.

Qeyd edək ki, builki Bakı “Böyük dəbilqə”sində 62 ölkədən 404 cüdoçu mübarizə aparıb.


Seçilən
3
2
sportnet.az

3Mənbələr