Yağan yağışın fəsadları ölkə ərazisinin hər bir sahəsində hiss olunur. Belə ki, gecə saatlarında yağan intensiv yağış nəticəsində şəhərin bir sıra ərazilərində yolları su basıb.Yolu su basdığından bir neçə nəqliyyat vasitəsi həmin yoldan istifadə edərkən yolda batıb.
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 2 nəfər batıb. FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İki gündür aramsız yağan yağışlar ikimərtəbəli binanın çökməsinə də səbəb olub.
Nəticədə tamamilə uçub-dağılan ev dar dalan boyu sakinlərin yolunu bağlayıb. Ev sahibi uçqun altından çıxarılıb. Bu, öz növbəsində nəqliyyat vasitələri və daşınmaz əmlaklar üçün də ciddi təhlükə yaradıb.
Ölkə ərazisində baş verən leysan, sel, daşqın, torpaq sürüşməsi və ağacların aşması kimi hallar avtomobil və əmlak sahiblərinin ciddi narahatlığına səbəb olur.
Bəs, görəsən, yağışa görə avtomobillərə və evlərə dəyən ziyan ödəniləcək?
Evlərinə yaxud avtomobilinə zərər dəşmiş vətəndaşların icbari sığortaları varsa, sığorta şirkətlərindən ödəniş ala bilərlər.
Bu barədə Milli.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Elbrus Fərzəliyev bildirib. Onun sözlərinə görə, avtomobil sahiblərinə dəyən zərəri KASKO sığortası qarşılayır:
"Avtomobil sahiblərinə dəyən ziyan üçün ən effektiv yol KASKO sığortasıdır. Bu sığorta növü daşqınlar, leysan yağışlar və fırtınalar nəticəsində avtomobilə dəyən zərərləri qarşılayır. Məsələn, leysan nəticəsində avtomobiliniz zərər görərsə və ya su altında qalarsa, KASKO sığortası bu zərərləri qarşılayacaq".
Elbrus Fərzəliyev bildirib ki, daşınmaz əmlak sahibləri üçün isə Daşınmaz Əmlakın İcbari Sığortası mövcuddur:
6Mənbələr
-
hurriyyet.azYağışa görə avtomobillərə və evlərə dəyən ziyan ödəniləcək? – AÇIQLAMA ( 12287329)
-
gender.azYağışa görə avtomobillərə və evlərə dəyən ziyan ödəniləcək? – AÇIQLAMA ( 12287320)
-
tribunainfo.azYağışa görə avtomobillərə və evlərə dəyən ziyan ödəniləcək? – AÇIQLAMA ( 12284731)
-
referans.azYağışa görə avtomobillərə və evlərə dəyən ziyan ödəniləcək? - AÇIQLAMA ( 12284569)
-
demokrat.azYağışa görə avtomobillərə və evlərə dəyən ziyan ödəniləcək? — AÇIQLAMA ( 12280678)
-
milli.azYağışa görə avtomobillərə və evlərə dəyən ziyan ödəniləcək? - AÇIQLAMA ( 12279562)