Sabunçuda subasmaya məruz qalmış tuneldə batan şəxsin cəsədi çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
"Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə FHN-in məlumatında qeyd edilib.
ZÜMRÜD