AZ

Azərbaycanda bu şəxslər də pensiya alacaq

Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.

Musavat.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Seçilən
8
27
musavat.com

10Mənbələr