AZ

Bakıda tuneldə batan ikinci şəxsin kimliyi məlum oldu 

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.


Məlumatda deyilir:


"Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə ikinci nəfərin cəsədi aşkar edilib.

Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən Laçın rayon sakini  1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.


Seçilən
5562
10
referans.az

10Mənbələr