AZ

Əməkdar artist: Aynişan deyir ki... - Video

Əməkdar artist Aybəniz Haşımova səhhətindən söz açıb.

Paralel.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Qonaqcanlı” verilişində danışıb.

Haşımova bildirib ki, 2 il əvvəl səhhətində çox ciddi problemi yaranıb:

“Mən bu haqda heç kimə heç nə demədim. Bildirmək olmazdı. Səhhətimdə çox ciddi problem yaranmışdı. Həkimlərimiz çox sağ olsun. Sağ olsunlar ki, onlar məni sevib və qorudular. Tamaşaçılar xəstəliyimi bilsəydilər, çox üzülərdilər. Ona görə də bilməsəydilər, yaxşı idi. İndi yaxşıyam. Daha da yaxşı olacağam. Buna inanıram. Onun üçün də çalışıram ki, stresdən uzaq olum. Aynişan deyir ki, özün bunu deyirsən, amma 2 gündən bir konsert verirsən”.

Seçilən
4
8
paralel.az

10Mənbələr