AZ

Məşhur aparıcı öldü

İtaliyada məşhur rusiyalı televiziya və radio aparıcısı Andrey Eqorşev 60 yaşında vəfat edib.

Oxu24.com xəbər verir  ki, bu barədə onun həyat yoldaşı Mariya Facebook-da məlumat verib.

Jurnalist oktyabrın 19-da Lamezia Terme şəhərində vəfat edib.

 

Ölümün səbəbi barədə məlumat verilmir.

Andrey Eqorshev 1965-ci ildə Jukovskidə anadan olub. 1993-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1992-1999-cu illərdə məşhur “Press Express” verilişinin aparıcısı olub, TVC-də “Nedelya” proqramı ilə əməkdaşlıq edib, “Mayak”, “Radio Rossii” və “Vesti FM” radiostansiyaları üçün mətbuata baxış keçirib.

Jurnalist həm də NTV-də “Observer” proqramının və “Vesti” kanalında (indiki adı “Rossiya 24”) mətbuat icmalının aparıcısı olub.

 

Nigar

 

Seçilən
14
oxu24.com

1Mənbələr