AZ

“Aztelekom” MMC Abşeron rayonunun 99%-ni yüksəksürətli internetlə əhatə edib (FOTO)

Bakı. Trend:

“Aztelekom” MMC Abşeron rayonunun Hökməli, Qobu, Yeni Qobu,Yuxarı Güzdək, Atyalı, Aşağı Güzdək, Pirəkəşkül, Çaylı, Qobustan,Masazır, Saray, Ceyranbatan, Novxanı, Mehdiabad, Fatmayı, Goradil,Məhəmmədli qəsəbələrində və Xırdalan şəhərində, həmçinin Binəqədirayonunun Sulutəpə və Çiçək qəsəbələrində GPON (Gigabit PassiveOptical Networks) texnologiyası əsasında fiber-optik şəbəkəyaradıb. 146,000-ə yaxın ev təsərrüfatı və biznes subyektiyüksəksürətli və genişzolaqlı internet xidmətləri ilə əhatə edilib.Hazırda 50,000-dən çox abunəçi bu xidmətlərdən yararlanır və yeniqoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli(100 Mbit/s-dən 250 Mbit/s-dək) internet paketləri (internet,internet + telefoniya, internet + televiziya, internet + telefoniya+ televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən vəmüştəri tələbatından asılı olaraq 25 AZN-dən 44 AZN-dəkdəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrımərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (Xırdalan,Mərkəzi EATS, ünvan: M.Ə.Rəsulzadə 5 tel.: 342-33-00), həmçininqurumun www.aztelekom.azsaytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan”layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətliinternetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davametdirilir.

2024-cü ilin 9 ayı ərzində Azərbaycanda 1 milyondan çox evtəsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxışimkanı yaradılıb. Ümumilikdə ölkədə 2,9 milyon təsərrüfatıngenişzolaqlı internetə çıxışı təmin olunub. Layihə çərçivəsindəölkədə genişzolaqlı internetə çıxış imkanı əldə edən ev təsərrüfatıvə biznes subyektlərinin sayı artaraq 99,1%-ə yüksəlib.

“Aztelekom”
“Aztelekom”
“Aztelekom”
“Aztelekom”
“Aztelekom”
“Aztelekom”
Seçilən
6
9
az.trend.az

10Mənbələr