AZ

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilir

“Kəşfiyyat

Bakı, 22 oktyabr, AZƏRTAC

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik ediləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin oktyabrın 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanunun 7.2.5-ci və 18.4-cü maddələrinə təklif edilən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, Silahlı Qüvvələrin tərkib hissəsinə Azərbaycan Ordusu ilə yanaşı, başqa silahlı birləşmələr də daxil olduğundan layihədə “başqa silahlı birləşmələr” ifadəsinin çıxarılması təklif edilir. Digər dəyişikliyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Sənəd layihəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımırlar.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.

Seçilən
18
16
azertag.az

10Mənbələr