AZ

Fəthullah Gülənin İstanbuldakı cinayətləri - TAM SİYAHI + FOTO

İstanbul Baş Prokurorluğu Fəthullahçı Terror Qruplaşmasının (FETÖ) lideri Fətullah Gülənə qarşı apardığı araşdırmalar nəticəsində çoxsaylı ittiham aktları hazırlayıb və həbs qərarı çıxarıb.

Bakıvaxtı.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, ABŞ-də vəfat edən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə qarşı İstanbulda çoxlu sayda məhkəmə işi və həbs qərarı var.

Gülən haqqında ilk həbs qərarı 2014-cü il dekabrın 14-də İstanbul 1-ci Sülh Cəza Məhkəməsi tərəfindən verilib. 

Bu qərar 2009-cu ildə “Tahşiyeciler”ə qarşı əməliyyatın FETÖ-nün uydurma və sui-qəsdi olduğu iddiası ilə aparılan istintaq çərçivəsində verilib.

Baş Prokurorluğun vəsatətini qiymətləndirən hakim Gülənin “terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək”, “zor tətbiq etməklə, hədə-qorxu gəlmək və ya dələduzluq yolu ilə azadlığından məhrum etmə” cinayətlərinə görə həbs qərarı verilməsinə qərar verib.

Bu araşdırma nəticəsində İstanbul 14-cü Ağır Cəza Məhkəməsində açılan iddiada Gülənin 19 ildən 34 ilə qədər həbsi istənilsə də, fərari olduğu üçün cinayətə xitam verilib.

FETÖ-nün 15 iyul 2016-cı il hərbi çevriliş cəhdi ilə bağlı İstanbulda açılan əsas dövlət çevrilişi işinə 2018-ci il aprelin 17-də baxılıb.

İstanbul 14-cü Ağır Cəza Məhkəməsində baxılan bu işdə F.Gülənin fərari olduğu üçün dosyesi ayrılıb, digər müttəhimlər haqqında da hökm oxunub. 

Əli Hüseynov

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr