AZ

Sabunçu tunelində batan digər şəxsin də meyiti çıxarılıb - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hafta.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

*** 15:03

Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı bildirilir.

Hafta.az-ın məlumatına görə, onlardan birinin cəsədi FHN qüvvələri tərəfindən sudan çıxarılıb.

FHN Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.

Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.

Seçilən
2
27
hafta.az

10Mənbələr