AZ

Bəzi marşrutların hərəkəti dəyişdirildi

Bir sıra müntəzəm marşrutların hərəkət sxemində məcburi dəyişiklik edilib.

Bu barədə "Cebheinfo.az"-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, yağıntılı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərdə ictimai nəqliyyatın hərəkətində ləngimələr və intervallarda artım maşahidə edilib. İntensiv yağış marşrut şəbəkəsinə təsirsiz ötüşməyib.

Belə ki, Zağulba-Mərdakən şosesindəki və Asif Əsədullayev küçəsində tunellər bağlı olduğundan 144 və 214 nömrəli marşrut avtobusları alternativ yollarla hərəkət edib. İntensiv yağış nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların hərəkət sxemində məcburi dəyişiklik edilib.

Eyni zamanda 191 nömrəli marşrut “Qara Qarayev” metrostansiyasından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinədək fəaliyyət göstərir. 161 nömrəli marşrut Hövsan-Zığ Şosesi ilə hərəkət edərək Suraxanı qəsəbəsi istiqamətinə hərəkət edir. “Koroğlu” NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyasının "piramida" çıxışı qarşısından fəaliyyəti davam etdirir.

Seçilən
16
cebheinfo.az

1Mənbələr