AZ

Məhkəmələrlə bağlı QƏRAR verildi - icraat zamanı...

Mülki məhkəmə icraatı zamanı məhkəmə üçün nəzərdə tutulan bir sıra prosessual müddətlər dəqiqləşdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılacaq və həll ediləcək. Vəsatətə onun təqdim edildiyi və ya növbəti məhkəmə iclasından gec olmayaraq baxılacaq. Vəsatətdə göstərilən məsələ təxirəsalınmaz qaydada həll edilməli olduqda, vəsatətə baxılması ilə bağlı işdə iştirak edən şəxslərə məlumat verilməklə məhkəmə iclası təyin edilə bilər.

Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılacaq və həll ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Mina Mikayılova

Seçilən
7
bakivaxti.az

1Mənbələr