AZ

"Sabunçu keçidi"ndə ölüm hadisəsi ilə bağlı iki qurumdan birgə məlumat

Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ölkə.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.

Qeyd edilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.

Seçilən
12
31
olke.az

10Mənbələr