AZ

Numan Kurtulmuş bir daha İsrailə sərt reaksiya verdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İsrailin Qəzzada törətdiyi qətliamlara sərt reaksiya verərək, bu ölkənin zalım rəhbərlərinin mütləq mühakimə olunacağını və cəzalandırılacağını bildirib.

Numan Kurtulmuş Ankarada Anqola parlamentinin sədri Karolina Cerqueira ilə keçirdiyi mətbuat konfransında bəzi ölkələrin, xüsusilə ABŞ-ın, İsrail hökumətinə qeyd-şərtsiz dəstəyini davam etdirməsini tənqid edib. O, vurğulayıb ki, İsrailin zalım rəhbərləri beynəlxalq hüquq çərçivəsində mühakimə olunacaq, onları dəstəkləyənlər isə qətliamın təşkilatçıları kimi tarixə düşəcəklər.

Beynəlxalq ictimaiyyətə müraciət edən Türkiyə Böyük Millət Məclisinin sədri deyib: "İsrailin baş naziri Benyamin Netanyahu və dəstəsini dayandırmalı və bu zülmə son qoymalıyıq".



Seçilən
7
trt.net.tr

1Mənbələr