AZ

79 yaşlı Türkan Şoray qızının 39 yaşını belə təbrik etdi

Türk kino sənətinin sultanı Türkan Şoray sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, aktrisa instaqram hesabında qızı Yağmurun yeni fotosunu paylaşaraq onu yeni yaşı münasibətilə təbik edib.

"Yağmurun yeni yaşında yeni bir şəkil... Həyatımda ən dəyərli şey qızımdır. Yeni yaşın xoşbəxtlik və uğurla dolsun. Səni sevirəm" -deyə, Türkan bildirib.

79 yaşlı aktrisa müsahibələrindən birində qızı dünyaya gəldiyi üçün 2 il sənətdən uzaqlaşdığını bidirib.

Qeyd edək ki, sənətçinin qızı Yağmur 1985-ci ildə doğulub. Onun atası teatr aktyoru Cihan Ünaldır.

Visiontv.az



Seçilən
13
visiontv.az

1Mənbələr