AZ

Almaniyada nazirə etiraz

Almaniyanın paytaxtı Berlində xarici işlər naziri Annalena Baerbok İsrailin Fələstin vətəndaşlarını hədəf alan hücumlarını qanuniləşdirən açıqlamalarına görə etirazlara məruz qalıb.

"Cebheinfo.az" xəbər verir ki, Berlində əksəriyyəti fələstinli qruplar olmaqla bir çox fəal Almaniya Xarici İşlər Nazirliyinin qarşısına toplaşaraq Baerboka etiraz ediblər.

Burada fəallar Fələstində şəhid olanlar üçün dualar edib, Fələstin himnini oxuyublar. Aktivistlər “Fələstinə azadlıq”, “Livana azadlıq”,“Uşaqlarımız yaşamaq istəyir, Baerbok buna qarşıdır”, “Alman silahı, alman pulu, dünyanın hər yerində öldürür”, “Almaniya maliyyələşdirir, İsrail bombalayır ”, “ Sionizm cinayətdir, əllərini Fələstindən çəkin" şüarları səsləndiriblər. aksiyaya qatılan bir şəxs Fələstində xəstəxanaların, məktəblərin, təcili yardım maşınlarının və yaşayış məntəqələrinin bombalandığına diqqət çəkərək, İsrailin kimliyindən asılı olmayaraq yaralıların müalicə olunduğu xəstəxanaları bombalamağa haqqı olmadığını bildirib.

Fəal Almaniya hökumətinin İsrailin Livan və Fələstinə hücumlarını izlədiyini deyib. İsrailin etdiklərinin özünümüdafiə olmadığını vurğulayan fəal:

"Bu terrordur. Annalena Baerbok, hamilə qadınların mədəsindən vurmaq özünümüdafiə deyil. Nə edirsən? İsraili silah və pulla doyurmağa davam edirsiniz. Sonra da qanlı əllərinizi təmizləmək üçün Fələstin və Livana bir qədər yardım göndərirsiniz, amma biz bunu görürük, bunu nə unudacağıq, nə də bağışlayacağıq",- deyib.

Seçilən
10
cebheinfo.az

1Mənbələr