AZ

Vətəndaşların NƏZƏRİNƏ: Krediti olan şəxslərlə bağlı qərara DƏYİŞİKLİK EDİLDİ

Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorları da daxil edilir.


Bu, Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Kredit büroları haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


İqtisadçı-ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında yeni qərarın mahiyyəti haqqında danışıb.




“Bu, kredit tarixçəsinin dairəsinin genişləndirilməsi üçün atılmış addımdır. Kredit tarixçəsi indiyə qədər yalnız bank olmayan kredit təşkilatlarının və vətəndaşlara nisiyə mal satan ticarət şəbəkələrindən gedirdi. Yəni əgər onlar həddən çox mal satırsa, buna ehtiyac duyulurdu. Onsuz da indiyədək də vətəndaşa məlumat verilmədən bu məlumatlar ötürülürdü. Məsələn, siz gedib bu gün bankdan və ya bank olmayan kredit təşkilatından kredit götürdünüz və ya elektronik əşya aldınız tutalım ki, bu sizin kreditinizin tarixçəsidir”.


Ekspert bildirib ki, bu sistemə mobil operatorlar indiyədək daxil edilmirdi. Yəni mobil operatorlara olan borc haqqında məlumatlar vətəndaşların kredit tarixçələrində öz əksini tapmırdı.


“Bildiyimiz kimi vətəndaşların mobil operatorlara da borcu ola bilər. Artıq bu haqda məlumatlar da kredit bürolarına göndəriləcək. Bunun mahiyyəti kredit tarixçəsinin tam olmasıdır. Əslində, kredit tarixçəsi şəxsin bütün borclarını əhatə etməlidir. Siz sabah bankdan kredit götürmək istədikdə o sizin haqda tam məlumat əldə etməlidir”.

 

Fidan Vəlisoy 

Seçilən
18
referans.az

1Mənbələr