AZ

Azərbaycanda yeni rüsumlar müəyyənləşdirilir

Azərbaycanda yeni rüsumlar müəyyənləşdirilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 22-də keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat, Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə 50 manat rüsum müəyyən edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.

Seçilən
3
47
yeniazerbaycan.com

10Mənbələr