AZ

Rusiyada COP29 mövzusunda dəyirmi masa keçirilib

Rusiyanın Yekaterinburq şəhərində “İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29 Konfransı (COP 29) Rusiya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi amili kimi” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun vasitəçiliyi, Rusiya Avropa-Asiya Araşdırmaları Mərkəzinin və Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masa Avropa-Asiya Araşdırmaları Mərkəzinin direktoru Andrey Rusakovun moderatorluğu ilə baş tutub.

Tədbirdə Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev, “Anyway Law” beynəlxalq konsaltinq şirkətinin Rusiya ofisinin rəhbəri Andjey Sapegin, Sverdlovsk vilayəti Hökumətinin Aparatının rəhbərinin birinci müavini, Yerli Özünüidarəetmə Departamentinin direktoru Vadim Dubiçev və Yekaterinburq Ekspert Klubunun rəhbəri, Rusiyanın birinci Prezidenti B. N. Yeltsin adına Ural Federal Universitetinin Siyasi elmlər kafedrasının professoru Anatolu Qaqarin Anatoli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin müşaviri Murad Məmmədov, Mərkəzin aparıcı müşaviri Roza Əsgərova Azərbaycandan dəyirmi masaya onlayn formatda qatılıblar.

Tədbirdə Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində dəyirmi masanın əhəmiyyətindən, dünyadakı iqlim problemlərindən danışılıb, Azərbaycan və Rusiyanın sözügedən mövzuya vermiş olduqları xüsusi əhəmiyyəti və birgə əməkdaşlığı ətrafında müzakirələr aparılıb.

Seçilən
7
6
apa.az

7Mənbələr