AZ

Azərbaycanlı təqaüdçülər yenidən aksiya keçirdilər

Oktyabrın 21-də Güney Azərbaycanın Zəncan, Urmiya, Ərdəbil və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər.
 
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.
 
Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
 
Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq, problemləri həll olunmamış qalıb.
 
Seçilən
5
5
moderator.az

6Mənbələr