Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılarıb.
Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, cəsəd aidiyyəti üzrə təhvil verilib.
***14:50
Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış ziyansız ötüşməyib.
Hurriyyet.az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.
Xatırladaq ki, həmin tuneldə "Ford" markalı avtomobil də batıb.