AZ

Vətəndaşların NƏZƏRİNƏ: Azərbaycanda mütləq buna yatırım edin! 

Dünya sıralamasına görə, qızıl hələ də əsas pul saxlamaq vasitəsi olaraq öz birinciliyini qoruyub saxlayır.


Bəs Azərbaycanda hansı formada yatırım etmək daha sərfəlidir?


Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Referans.az-a açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşları, əsasən, pul şəklində, ya manat, ya da dollar olaraq yatırım edirlər.




“Azərbaycan vətəndaşlarının yatırım istiqamətində dünyadan xəbəri yoxdur. Ona görə də Azərbaycan vətəndaşları, əsasən, pul şəklində, ya manat, ya da dollar olaraq yatırım edirlər. Amma dünyada tendensiya bir qədər fərqlidir. Ona görə ki, siyasi şərhçilərin, beynəlxalq mütəxəssislərin qənaətinə görə, qarşıda dünyanı ciddi böhran gözləyir. Hazırda dünyada baş verən siyasi böhran iqtisadi böhrana çevrilmək ehtimalına malikdir. Dünyanın 200-dən artıq ölkəsi var, onun 180-i bu və ya digər səbəbdən ya birbaşa, ya da proksi formada müharibəyə cəlb olunur. Hazırki şərait artıq dünya müharibəsi kimi qəbul edilə bilər. Sadəcə olaraq bunu dünyada geosiyasi şok yaratmasın deyə bunu elan etmirlər. Dünyanın böyük dövlətləri hazırda fərqli cəbhələrdə bir-birləri ilə döyüşür. Bu, gec-tez iqtisadi böhrana gətirib çıxaracaq”.


Ekspert qeyd edib ki, bütün bu iqtisadi böhran təhlükələri nəzərə alınaraq dünyada daha çox yatırım qızıla edilir. Lakin Azərbaycanda bunlar nəzərə alınmadığına görə vətəndaşlar bu nüanslara diqqət etmirlər.


“Azərbaycanda hələ qızıla yatırım populyar deyil, çünki qızılın daha sərfəli olduğunu çox az adam dərk edir. Birinci növbədə ona görə az adam dərk edir ki, ölkədə ciddi kapitala malik geniş kütlə yoxdur. Bu dar çevrədə də kapitala malik olan insanların böyük əksəriyyəti kütbeyindir. Ona görə kütbeyindirlər ki, o pulları bizneslə qazanmayıblar, oğurlayıblar. Bu səbəbdən də pulları saxlamağın qaydasını tam olaraq bilmirlər”.


Ekspert deyib ki, əslində, Azərbaycanda qızıla yatırım etmək daha məqsədəuyğundur nəinki digər vasitələrə. Çünki Azərbaycanda qızılın qiyməti digər ölkələrə nisbətən daha ucuzdur. Həmçinin ekspert digər əmlak növlərini qiymətdən düşdüyü zaman qızılın daha da qiymətə mindiyini vurğulayıb.

 

Fidan Vəlisoy 

Seçilən
20
referans.az

1Mənbələr