AZ

Sabunçuda tunelə batan iki nəfərdən birinin cəsədi tapılıb

Sabunçuda

Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfər batıb. Onlardan birinin cəsədi FHN qüvvələri tərəfindən sudan çıxarılıb.

Reyting.az
-ın məlumatına görə, batdığı ehtimal olunan digər şəxsin axtarışları davam edir.

Qeyd edək ki, güclü yağış nəticəsində tunelə su dolub, avtomobil suyun altında qalıb. Həmin şəxslər də batan avtomobildə olubalar.

Hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.

FHN Mətbuat xidmətindən bildiriblər ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-nin əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Seçilən
13
12
reyting.az

10Mənbələr