AZ

"Qazprom"a bu azərbaycanlı rəhbərlik edə bilər

"Qazprom"un rəhbərliyində əhəmiyyətli kadr dəyişikliklərinə başlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbələrin məlumatına görə, şirkətin 62 yaşlı rəhbəri Aleksey Millerin səhhətinə görə vəzifəsindən gedəcəyi deyilir. Vəzifəyə isə onun əslən azərbaycanlı müavini Famil Sadıqovun gələcəyi proqnozlaşdırılır.

Həmçinin bildirilir ki, Sergey İvanin “Qazprom Gazonefteproduct Holding”in rəhbəri vəzifəsini tərk edir. Bu şirkət illik iki milyarda yaxın gəlir gətirən əsas şirkət "Qazprom"un güclü törəmə şirkətidir. Məlumata görə, İvanindən sonra növbə "Qazprom"da aparıcı vəzifə tutan və yüksək reputasiyaya malik Yelena Sekarinada olacaq.

Qeyd edək ki, F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. 

Ağarza Elçinoğlu 

Seçilən
40
unikal.az

1Mənbələr