AZ

Abxaziya Gürcüstanla sərhədi möhkəmləndirir - Bidzina İvanaşvilinin ərazi bütövlüyünün bərpası vədi yalan çıxdı

Abxaziya Gürcüstanla sərhədi möhkəmləndirir. Belə ki, qondarma Abxaziya respublikasının prezidentinin mətbuat xidməti ölkənin Təhlükəsizlik Şurasının katibi Raul Loluaya istinadən xəbər verir ki, Abxaziya hakimiyyəti Gürcüstanla sərhədə əlavə təhlükəsizlik qüvvələrini yerləşdirəcək. Oktyabrın 26-da Gürcüstan parlamentinə qarşıdan gələn seçkilərlə əlaqədar Qal bölgəsinə əlavə qüvvələr gətiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl Qal bölgəsində Abxaziyanın dövlət təhlükəsizlik xidmətinin əməkdaşları Rusiya sərhədçiləri ilə birlikdə Gürcüstandan atılan pilotsuz uçan aparatı ələ keçirmişdilər. Məlum olub ki, bunu 2022-ci ildə Ukrayna tərəfində Rusiya-Ukrayna münaqişəsində iştirak etmiş gürcü fəal David Katsarava edib.

Ülviyyə, Hurriyyet.az

Seçilən
13
hurriyyet.az

1Mənbələr