AZ

20 ildir işləmir, amma ən bahalı maşında... - Novruzovdan sərt açıqlama

İşğaldan azad olmuş ərazilərdəki tikinti-quruculuq işləri haqqında qarayaxma ilə məşğul olanlar var. Belə fikirlərlə insanları daha çox sosial şəbəkələrdə çaşdırmasınlar deyə biz öz fikirlərimizi bildirməliyik. ​

Hurriyyet.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsinin müzakirəsi zamanı deyib.

“Bir qrup partiya ümumiyyətlə hesabat vermir. AXCP və başqa bir sıra partiyalar MSK-ya heç bir hesabat vermir. Amma qanunda siyasi partiyaların hesabat verməsi qeyd olunub. Müəyyən partiyaların rəhbərləri 19-20 ildir ki, işləmir. Bəs bunlar hansı vəsaitlə yaşayırlar? Ən bahalı maşında gəzirlər. Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlərə ciddi nəzarət olunmalıdır. Qanun layihəsini bir az da sərtləşdirmək lazımdır”./teleqraf.az/

Seçilən
4
6
hurriyyet.az

7Mənbələr