AZ

BMT Ukrayna ilə bağlı dəhşətli faktı bəyan edib

Hurriyyet.az xəbər verir ki, BMT 2022-ci il 24 fevral tarixindən bəri Ukrayna əhalisinin təqribən 10 milyon nəfər azaldığını bəyan edib.

Bu barədə BMT-nin Əhali məsələsi üzrə Şərqi Avropa və Mərkəzi Asiya Fondunun regional direktoru Florens Bauer məlumat verib.

Bauer deyib: "2022-ci il fevralın 24-dən indiyə qədər Ukrayna 10 milyon nəfər sakinini itirib. Bu insanların əksəriyyəti ölkəni tərk edib. Bir qismi RF ilə müharibədə həlak olub. Əhali yaşlanır. Gənclər başqa yerlərdə yaşayış imkanları axtarırlar və ölkəni tərk edirlər".

Hürr Tərcüman

 

Seçilən
17
hurriyyet.az

1Mənbələr