AZ

Neft Emalı Zavodunda yanğında xəsarət alan olub? - RƏSMİ AÇIQLAMA

Bu gün Bakı Neft Emalı Zavodunda baş verən yanğın nəticəsində xəsarət alan olmayıb.



Bu barədə Sfera.az "SOCAR Downstream Management" MMC-ə istinadən xəbər verir.

 

“Hadisə nəticəsində xəsarət alan yoxdur. Əlavə məlumat təqdim olunacaq”, - məlumatda qeyd olunub.

 

Qeyd edək ki, bu gün Bakı Neft Emalı Zavodunun koks qurğusunda yanğın qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alov söndürülüb.

Seçilən
6
16
sfera.az

10Mənbələr