AZ

"Ətraf mühitin qorunması məsələsində kifayət qədər boşluq var" - Deputat

"Ətraf mühitin qorunması məsələsində kifayət qədər boşluq var. İnsanlar var ki, tərbiyəsi var, meşənin nə olduğunu bilir, quru ağacları kəsir. Bəzisi yolun qırağındakı ən yaxşı ağacı kəsir ki, meşə idarəsindən icazə almışam".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlara dəyişikliyin müzakirəsi zamanı deputat Eyvaz Qurbanov deyib.

"Bir də mal, qoyun otarmaq harda gəldi olmalı deyil. Mal otarılan ərazidə meşənin inkişafında və bərpasından söhbət gedə bilməz", - deyə deputat bildirib.

Anar Kəlbiyev

 

Seçilən
14
unikal.az

1Mənbələr