AZ

İraq: “Müharibə yeni münaqişələrə səbəb ola bilər”

“İsrailin Qəzza zolağına və Livana hücumları davam edərsə, bölgədə yeni münaqişələr başlaya bilər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İraq Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Hüseyn Avropa turnesi çərçivəsində getdiyi Xorvatiyanın paytaxtı Zaqrebdə Baş nazir Andrej Plenkoviçlə görüşüb. Görüşdə İsrailin Qəzza və Livana hücumlarına qarşı ortaq mövqe sərgiləmək üçün koordinasiyanın yaradılması məsələsi müzakirə edilib.

Görüş zamanı Hüseyn Qəzza və Livanda müharibənin davam etməsinin digər bölgələrdə də yeni münaqişələrin yaranmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. İraqın xarici işlər naziri bəyan edib ki, bunun qarşısını almaq üçün İsrailə daha çox təzyiq göstərilməlidir.

Qeyd edək ki, Hüseyn oktyabrın 16-da İrlandiya, Çexiya, Xorvatiya və Fransanı əhatə edən Avropa turnesinə başlayıb.

Seçilən
12
3
cebheinfo.az

4Mənbələr