AZ

“Tramp prezident olsa, Putin Kiyevdə oturacaq” – Harris

Ukrayna müharibəsi ABŞ-dəki prezidentlik yarışının mərkəzi mövzularından biri olaraq qalır.

“AzPolitika” xəbər verir ki, prezidentliyə namizəd Kamala Harris rəqibi Donald Trampın seçkidə qalib gələcəyi təqdirdə Ukraynaya kömək etməyəcəyini deyib. “CNN”-in bununla bağlı reportajında deyilir ki, Harrisin fikrincə, belə bir ssenari ABŞ üçün təhlükəli olacaq.

Oktyabrın 21-də Miçiqan ştatında keçirilən tədbirdə Harris deyib ki, Tramp Rusiya Federasiyasına qarşı müharibədə Ukraynanı dəstəkləmir: "Tramp Ukrayna və Rusiya məsələsini bir gündə həll edəcəyini deyir. Anlayın ki, o, təslim olmağı təklif edir".

Vitse-prezident əlavə edib ki, Tramp işğalçıya qarşı mübarizədə Ukraynanı təslim olmağa məcbur edəcək. O qeyd edib ki, bu, ABŞ-nin də suverenliyini pozacaq: “Əgər Donald Tramp prezident olsa, Vladimir Putin Kiyevdə oturacaq və bunun Amerikanın dünyadakı mövqeyi üçün nə demək olduğunu başa düşəcək”.

Xatırladaq ki, sentyabrda Tramp Ukraynanın qalib gəlməsini istəyib-istəmədiyi barədə suala cavab verməkdən imtina edib. Bundan əlavə, Tramp müharibənin başlamasında Volodimir Zelenskini günahlandırıb.

“AzPolitika.info”

Seçilən
14
azpolitika.info

1Mənbələr