AZ

Keniya 4 nəfəri Türkiyəyə ekstradisiya edib

“Ermənistan hakimiyyəti Azərbaycanla yarımçıq sülh sazişinin imzalanmasına çalışır. Amma rəsmi Bakı buna yol verməyəcək”.

Bunu politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a açıqlamasında “Azərbaycana çərçivə sazişi, yoxsa yekun sülh sazişin imzalanması lazımdır?” sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan çalışır ki, Azərbaycanla yekun sülh sazişinin imzalanmasından yayınsın:

“Paşinyan hakimiyyəti iki ölkə arasında “yarımçıq sülh” sazişinin imzalanmasında maraqlıdır. Paşinyan bütün cəhdlərini məhz buna yönəldib. Məqsəd də gələcəkdə Ermənistanı bəzi öhdəliklərdən xilas etməkdir. Həm də bəzi məsələlərdə manipulyasiya etmək imkanları qazanmaq niyyəti güdür. Azərbaycanın bu məsələyə reaksiyası bəllidir. Dövlət rəsmiləri dəfələrlə bəyan edib ki, rəsmi Bakı yalnız beynəlxalq hüquq normalarına uyğun sazişin imzalanmasının tərəfdarıdır. Azərbaycan heç bir zaman “yarımçıq sülh” sazişinə imza atmayacaq. Rəsmi Bakı hesab edir ki, Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquq normaları çərçivəsində bütün bəndləri tam razılaşdırılmış, heç bir mübahisəli məqamın doğurmadığı və mükəmməl sülh sazişi imzalanmalıdır. Digər variantları isə qeyri-məqbul hesab olunur. Qərbdəki ermənipərəst dairələr sülh sazişinin Ermənistanın təklif etdiyi variant əsasında imzalanması üçün Azərbaycana təzyiqlər edirlər. Ancaq Azərbaycan bu təzyiqlərə boyun əyməyəcək və öz mövqeyindən geri dönməyəcək”.

Seçilən
18
cebheinfo.az

1Mənbələr