AZ

“Siyasi məsələlərə dair qərar vermək Avropa İttifaqının işi deyil” - Pavel Herçinski

Yazını böyüt
Yazını kiçilt

“Seçkidən əvvəl, seçki zamanı və ya seçkidən sonra siyasi məsələlərə dair qərar vermək Avropa İttifaqının işi deyil, buna Gürcüstan vətəndaşları qərar verməlidirlər”.

Hafta.az-ın yazdığına görə, bu haqda Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib. O bildirib ki, Avropa İttifaqı gürcü xalqı tərəfindən edilmiş seçimə hörmət edir.

“Bir daha təkrar edə bilərəm ki, biz, Avropa İttifaqı gürcülərin istənilən seçiminə hörmət edirik. Biz yüksək səslə və açıq şəkildə bəyan etdik ki, gələcək seçkilərin azad və ədalətli olmasını, ən yüksək standartlara uyğun, seçkilərin tam əhatəli, tam şəffaf və tam rəqabətli olacağını gözləyirik”, – Herçinski qeyd edib.

Eyni zamanda, Herçinskidən avropalı tərəfdaşlarla ticarət və investisiyaların dayandırılmasının nə qədər həqiqətəuyğun olub-olmadığını soruşulub və Aİ-nin Gürcüstandakı səfiri belə cavab verib: “İyunda Gürcüstanın Avropaya inteqrasiyası dayandırıldı. Bu, Avropa İttifaqı liderlərinin qərarı idi. Biz Gürcüstana maliyyə yardımını dayandırdıq, cari 120 milyon avroluq proqramlar dondurulub. Ölkəniz üçün hansı gələcəyi istədiyinizə qərar vermək siz gürcülərin işidir. Bu vaxt üçün, son aylar ərzində Gürcüstan yaxınlaşmaq əvəzinə Avropa İttifaqından uzaqlaşırdı”.

Seçilən
7
hafta.az

1Mənbələr