AZ

Çay kənarında meyiti tapılan qadının kimliyi bilindi

Göygöl rayonunda çay kənarında meyiti tapılan qadının kimliyi müəyyənləşib.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə həmin şəxsin Gəncə şəhər sakini, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan 1947-ci il təvəllüdlü Şərqiyyə Məmmədova olması müəyyən edilib.

Ekspertizanın rəyinə əsasən, Ş. Məmmədova ürəktutmadan dünyasını dəyişib.

Milli.Az

Seçilən
9
3
milli.az

10Mənbələr