AZ

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənir

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənir. Bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Tarix: 22 Oktyabr 2024, 13:27   
Seçilən
6
13
pravda.az

10Mənbələr