AZ

COP29 qabağı Bakıda yağış: tıxaclar və suyun içində qalan avtomobillər

Bakı və Abşeron yarımadasına yağan yağışlar nəticəsində bəzi evləri su basıb, tunellərdə avtomobillər suyun içində qalıb.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, bəzi ərazilərdə köməksiz qalanlar təxliyə edilib.

Qurum su basmış yerləri və yolları təmizlədiyini deyib.

Səhər tezdən paytaxt yollarında ciddi avtomobil sıxlığı olub, polis bunu hava şəraiti ilə əlaqələndirib.

Sosial mediada tıxacda və suda qalan narazı insanlar, COP29 tədbiri zamanı vəziyyətin daha acınacaqlı olacağını bildiriblər.

Onlar bunu paytaxt yollarında normal kanalizasiya sisteminin olmaması ilə izah ediblər.

Bakı Şəhər İcra Hakimiyyəti bildirib ki, subasmış ərazilərdə tədbirlər görəcək.

Noyabrın 11-dən 22-dək Bakı 40 mindən çox qonağın gələcəyi gözlənilən beynəlxalq COP29 tədbirinə ev sahibliyi edəcək.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
20
bbc.com

1Mənbələr