AZ

Dünya futbolunun ən bahalı 11-liyi açıqlanıb

Yazını böyüt
Yazını kiçilt

Ən son bazar qiymətlərindəki dəyişikliklə dünyanın ən dəyərli 11-i yenidən müəyyənləşib. Ümumi dəyəri 1,43 milyard avro olan bu heyət əsasən “Real Madrid” və “Mançester Siti”nin futbolçularından ibarət siyahı kimi diqqət çəkib.

Hafta.az-ın yazdığına görə, “Mançester Siti”nin futbolçuları heyətin onurğa sütununu təşkil edərkən, “Real Madrid”dən gənc ulduzların yüksəlişi diqqət çəkir. Bu iki nəhəng klub dünya futbolunun ən dəyərli futbolçularına sahib olmaqla, Avropa səhnəsində güclərini bir daha sübut etdilər.

Dünyanın ən qiymətli 11-i belədir:

Qapıçı: Giorgi Mamardaşvili (Valensiya), 45 milyon avro dəyərində,

Mərkəz müdafiəçisi: Josko Qvardiol (Mançester Siti), 75 milyon avro dəyərində,

Mərkəz müdafiəçisi: Ruben Dias (Mançester Siti), 80 milyon avro dəyərində,

Mərkəz müdafiəçisi: Uilyam Saliba (Arsenal), 80 milyon avro dəyərində,

Yarımmüdafiəçi: Rodri (Mançester Siti) | 130 milyon avro

Yarımmüdafiəçi: Federiko Valverde (Real Madrid), 130 milyon avro dəyərində,

Yarımmüdafiəçi: Jude Bellingham (Real Madrid), 180 milyon avro dəyərində,

Sol cinah: Vinisius Junior (Real Madrid), 200 milyon avro dəyərində,

Sağ cinah: Lamine Yamal (Barselona), 150 milyon avro dəyərində,

Hücumçu: Kilian Mbappe (Real Madrid), 180 milyon avro dəyərində,

Hücumçu: Erlinq Haaland (Mançester Siti), 200 milyon avro dəyərində.

Seçilən
7
hafta.az

1Mənbələr